“Azerbaijan – yesterday, today, tomorrow” – Memarlıq fakültəsi tələbələrinin hesabat sərgisi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayevanın elmi rəhbərliyi ilə 112 i qrupunun “Azerbaijan-yesterday, today, tomorrow” adlı hesabat sərgisi keçirilib.
Universitetin Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov, TEC sədri Günel İmamquliyevanın çıxışları dinlənilib. Onlar tələbələrin işlərini yüksək qiymətləndirib və gələcək layihələrdə yeni ideyalar arzulayıblar.
Memarlıq fakültəsinin TEC sədri Fidan Mustafayeva tələbələrin böyük həvəslə hazırladığı işlər barədə məlumat verib. O, qeyd edib ki, elmi rəhbəri olduğu qrupun tələbələri qısa müddət ərzində onlara verilən tapşırıqları uğurla yerinə yetirib.
Çıxışlar yekunlaşandan sonra sərgiyə baxış keçirilib. Tələbələrin qara karandaşla ağ kağız üzərində yaratdığı Azərbaycan memarlığının inciləri olan qədim və müasir tikililər sərgi iştirakçıların böyük marağına səbəb olub.
Sonda sərginin qonağı olan İtaliya Respublikasının Xarici İşlər Nazirliyinin “Laureati per l’italiano” qrant layihəsi çərçivəsində AzMİU-da italyan dilini tədris edən Mikela Tavaqni Azərbaycan memarlığını əks etdirən rəsmlərdən ilhamlandığını və bu sərgidən sonra abidələrimizi daha dərindən araşdıracağını söyləyib.