Tələbələrimiz memarlıq fotoqrafiyasının incəliklərini dərindən öyrənib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının “Photo” Klubunun təşkilatçılığı ilə akvarelçi-rəssam Pərviz Əliyevin "Memarlıq Fotoqrafiyası" adlı seminarı keçirilib. 

Seminarda rəssam ilk olaraq memarlıq fotoqrafiyasının ilkin nümunələrini, tarixdə iz qoymuş əsərləri və günümüz fotoqrafiyasından söhbət açıb. Eyni zamanda tarix boyu fotoqrafiyada istifadə olunan effektləri nəzərə çatdırıb. Peşəkar mütəxəssis fotoqrafiya zamanı edilən səhvlərdən danışıb, onun düzgün yerinə yetirilmə mərhələlərindən bəhs edib.

Pərviz Əliyev qeyd  edib ki, memarlıq fotoqrafiyası fotoqrafiyanın xüsusi janrıdır, buraya binaların, tikililərin, körpülərin, heykəllərin və memarlıq ansambllarının xarici görünüşünün gözəl şəkillərinin əldə olunması məsələləri daxildir. Memarlıq fotoqrafiyasının keyfiyyətli şəkilləri sənədli hesabatların və reklam kitabçalarının yaradılması üçün tez-tez istifadə edilir. Memarlıq tikililərinin və binaların gözəlliyini əks etdirmək üçün fotoqraflar rakursla, işıqlandırma ilə və çəkiliş üçün düzgün yerin seçilməsi ilə işləməli olurlar. Ona görə də memarlıq fotoçəkilişi ciddi hazırlıq və təcrübə tələb edir.

Böyük maraqla qarşılanan seminar tələbələrin çoxsaylı sualları ilə davam edib.
 

01-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]