Tələbə mühəndislər sementin və betonun alınma və istehsal texnologiyaları barədə məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə İnşaat fakültəsinin tələbələrinə “Sement və betonun istehsal texnologiyası, onların tikintidə rolu” mövzusunda seminar keçirilib.
Seminarı AzMİU-nun məzunları olan gənc mühəndislər "Azərbaycan Dəmir yolları" QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin Tikinti meneceri Kamran Mustafayev və “Mətanət – A” MMC-nin “Beton və beton qatqıları” laboratoriyasının müdiri Elgün Poladov aparıb.
Seminarı açıq elan edən İnşaat fakültəsinin TEC sədrinin müavini, Materialşünaslıq kafedrasının assistenti Mahirə Ağazadə istehsalatdan olan mütəxəssislərlə tələbələrin görüşlərinin önəmindən bəhs edib. Belə seminarların tələbə mühəndislərə yaratdığı üstünlükləri xatırladıb.
Universitetin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Nigar Aslanova və TEC sədri Günel İmamquliyevanın iştirakı ilə keçirilən seminarda mütəxəssislər tələbə mühəndislərə sementin və betonun alınma və istehsal texnologiyaları, eyni zamanda tikintidə tətbiqi haqqında geniş məlumat veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.