Tələbələr üçün növbəti seminar: Qrafik dizaynın həyatımızdakı rolu

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatı Dizayn klubun təşkilatçılığı ilə universitetimizin müəllimi, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dizayneri Əsmər Məmmədovanın iştirakı ilə "Qrafik dizaynın həyatımızdakı rolu" adlı seminar keçirilib.

Seminarda qrafik dizaynın tarixindən, inkişaf mərhələlərindən, tətbiq sahələrindən, tarixdə qrafik dizaynın ilk və ən yaxşı nümunələrindən danışılıb.

Əsmər Məmmədova, qeyd edib ki, qrafik dizayn həyatımızın vacib hissəsidir və hər kəsin bu barədə məlumatlı olması faydalıdır: "Qrafik dizayn hər kəsə fayda verə biləcək bir bacarıqdır. Sahibkar, marketoloq və ya sadəcə şəxsi layihələr üçün vizuallar yaratmaq istəyəndə qrafik dizayn bizim ən yaxın köməkçimizə çevrilir. Bu bacarıq sizə mesajınızı dəqiq çatdıran və rəqabətli rəqəmsal dünyada fərqlənməyə kömək edən peşəkar görünüşlü vizuallar yaratmağa imkan yaradacaq".

Seminarın sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Dizayn klubun təşkilatçılığı ilə tələbələrə "Photoshop" dizayn proqramı tam ödənişsiz şəkildə tədris olunur.
 

18-03-2024