MİT fakültəsi "e-Story" müsabiqəsinin qalibi olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) “e-Sport” Klubun təşkilatçılığı ilə fakültələrarası "e-Story" müsabiqəsi keçirilib.

Müsabiqədə "Resident Evil 7" "Resident Evil 8" "The Last of Us" oyunlarının hekayələri ilə əlaqəli rəqabətli yarış gedib, tələbələrə oyunların hekayələrindən məntiqi əsaslara dayanan  suallar ünvanlanıb.

Universitetin müxtəlif fakültələrindən tələbələrin qatıldığı müsabiqədə  Mexanika informasiya texnologiyaları (MİT) fakültəsi öz fəallığı ilə seçilib və yekunda müsabiqənin qalibi adını qazanıb. 

Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri Klublarla iş üzrə menecer Sərhəddin Quluzadə və “e-Sport”  Klubun sədri Renat Qasımlı tərəfindən mükafatlandırılıb.
 

14-03-2024