Elmi tədqiqat şöbəsinin əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlimdə iştirak ediblər
"Elsevier” şirkəti tərəfindən elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşlarına “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlim keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi tədqiqat şöbəsinin əməkdaşları da iştirak ediblər.
Üç gün davam edən təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılması olub.
“Elsevier” şirkətinin nümayəndəsi, təlimçi Saide Sak tərəfindən keçirilən təlimdə elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr olunma prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzulara toxunulub.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.