"Zərif Qadınlar" – TGT-nin budəfəki qonağı klinik psixoloq, təlimçi Çinarə Kazımzadə olub


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə klinik psixoloq, təlimçi Çinarə Kazımzadənin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Zərif Qadınlar" adlı seminarı keçirilib.

Tədbirdə Çinarə Kazımzadə “Qadın psixologiyası və qadınların həyatımızdakı rolu” mövzusunda çıxış edib. 

Tələbələrə ən aktual mövzulardan, gender bərabərsizliyi, qadınlara qarşı edilən gender əsaslı ayrı-seçkilik və zorakılıqlardan, travmalar, qorxular, özünə inamsızlıq kimi məsələlərdən bəhs edib, onların yaranması səbəblərini qeyd edərək, həll yollarından danışıb, öz məsləhətlərini verib.

Təlimçi qeyd edib ki, bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcəkdir.

Görüş interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb.
 

07-03-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]