Kokand Universitetinin müəllimləri AzMİU-da səfərdə olublar

Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Kokand Universitetinin müəllimləri Nilufarxon Yuldaşeva və Kanizaxon Mominova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) səfərdə olublar.

Səfər çərçivəsində onlar AzMİU-nun İqtisadi nəzəriyyə və marketinq kafedrasında təcrübə mübadiləsi aparıblar. Müəllimlər, həmçinin qarşılıqlı olaraq tədris prosesində mövcud olan yeni yanaşmalarla bağlı fikirlərini bölüşüb və kafedranın təcrübəli müəllimlərinin dərslərində dinləyici qismində iştirak ediblər. 

Nilufarxon Yuldaşeva və Kanizaxon Mominova Marketinq və İqtisadiyyat fənləri üzrə müxtəlif qruplarda mühazirə dərsləri də aparıblar.
 

06-03-2024