Tələbəmiz Vilnüs İncəsənət Akademiyasında təhsilini davam etdirmək imkanı qazanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin  tələbəsi Aysu Hüseynova Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Litvanın Vilnüs İncəsənət Akademiyasında dizayn ixtisası üzrə bir semestrlik təhsil imkanı qazanıb.

O, 2023/2024-cü tədris ilinin yaz semestrində Litvanın Vilnius İncəsənət Akademiyasında təhsilini davam etdirəcək. Aysu Hüseynova artıq Litvadadır və Vilnüs İncəsənət Akademiyasında tədris prosesinə başlayıb.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun beynəlxalq əməkdaşlıq əlaqələri çox genişdir. Universitet bakalavriat və magistratura səviyyələri üzrə dünyanın ən nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom müqavilələri, mübadilə proqramları həyata keçirir. AzMİU eyni zamanda elm və təhsil sahəsində ortaq layihələr həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir.

Bu universitetlər sırasında İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik Universiteti, Parisin CNAM Universiteti, İspaniyanın Coruna Universiteti, Portuqaliyanın Leiria Politexnik İnstitutu, Böyük Britaniyanın Vestminster Universiteti və digər tanınmış universitetlər yer alır.
 

06-03-2024