AzMİU alimi yüksək gərginlikli elektrik xətlərinin diaqnostikası ilə bağlı tədqiqat aparıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib.
Kafedra müdiri professor Nurməmməd Məmmədov seminarı açıq elan edərək, təqdim olunacaq mövzunun əhəmiyyətinə toxunub, elm aləmi üçün faydalı tərəflərinə diqqət çəkib.
Seminarda kafedranın dosenti Mirfatma Cavadova “Yüksək gərginlikli elektrik xətlərinin diaqnostikası” adlı mövzu ilə çıxış edib. Məruzəçi çıxışında yüksək gərginlikli elektrik xətlərinin diaqnostikası haqqında geniş məlumat verib, yaranan problemlərdən və onların həlli yolları, gəldiyi nəticələrdən danışıb.
Seminar iştirakçıları ayrı-ayrılıqda çıxış edərək mövzunun əhəmiyyətinə toxunub və belə maraqlı seminarların davamlı olmasını arzulayıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar məruzəçi tərəfindən cavablandırılıb.