AzMİU-nun doktorantı ASAN Xidmətin mühasibatlıq üzrə fəaliyyətini tədqiq edib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Sənayenin təşkili və idarəedilməsi kafedrasında elmi seminar keçirilib.

Seminarda 3 saylı ASAN Xidmət Mərkəzində mühasibatlıq üzrə təcrübə keçən kafedranın doktorantı Aytac Allahverdiyeva "Bazar iqtisadiyyatında sənaye müəssisələrində ödənişlərin müasir formaları və onların inkişaf istiqamətləri" adlı təqdiqat mövzusu ilə çıxış edib.

Kafedra müdiri Ruhəngiz Əliyeva çıxış edərək mövzunun əhəmiyyətinə toxunub və belə maraqlı seminarların davamlı olacağını diqqətə çatdırıb.  

Məruzəçi təcrübələri, gəldiyi nəticələr ətrafında öz fikirlərini bölüşüb, tədqiqatın faydalılığı və tətbiq istiqamətləri haqqında danışıb. Mövzunun məğzinə uyğun olaraq müəssisələrlə yanaşı, şəxsi maliyyə planının büdcəyə uyğun qurulması və pul resurslarından düzgün istifadə məsələlərinə də toxunub. 

Seminarda kafedranın müdiri, professor-müəllim heyəti və 30-dan çox tələbə iştirak edib. 

Təqdim olunan mövzu ətrafında yaranmış suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
 

29-02-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]