AzMİU-nun bir qrup müəllim və tələbəsi “Ana harayı” abidəsini ziyarət edib


Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  bir qrup müəllim və tələbəsi Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

AzMİU kollektivi abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar.  

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

26-02-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]