TEC sədri Günel İmamquliyeva KOICA-nın yerli təlimçisi seçilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən yerli təlimçi seçilib.
KOICA ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİ) arasında baş tutan əməkdaşlıq çərçivəsində həyata keçirilən “Potensialın gücləndirilməsi” layihəsi “Startap akselerasiya proqramı” və “Təlimçilərin təlimi proqramı”nı özündə ehtiva edir.
Günel İmamquliyeva kimi təcrübəli təlimçilər tərəfindən ölkədə sağlam innovasiya mühitini formalaşdırmaq, ekosistemdə rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçiriləcək proqram özündə peşəkar mentorluq və səriştəlik fəaliyyətlərini birləşdirir.
Ölkəmizdə artıq ikinci dəfə təşkil edilən proqramın xüsusiyyəti ondan ibarətdir ki, builki təlimləri koreyalı mütəxəssislərlə yanaşı, ötən ilin məzunları olan yerli mütəxəssislər aparır.