AzMİU müəllimləri üçün Kembric Universitetinin ingilis dili təlimlərinə başlanılıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Əcnəbi dillər kafedrasının müəllimləri üçün Kembric ingilis dili üzrə tədris kvalifikasiyalarından biri olan TKT (Teaching Knowledge Test) üzrə təlimlər başlayıb.

Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim beynəlxalq TKT imtahanlarını uğurla keçən universitetin öz müəllimləri Leyla Cumayeva və Rəna Məmmədova tərəfindən aparılır. 

İngilis dili müəllimlərinin bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT təlimi 1 ay davam edəcək. Təlim bitdikdən sonra isə AzMİU-nun müəllimləri  Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan imtahan mərkəzi tərəfindən keçiriləcək beynəlxalq imtahanda iştirak edəcəklər.  

Qeyd edək ki, ingilis dilli tədrisin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq AzMİU mütəmadi olaraq müəllimlərin dil biliklərinin inkişafı üçün müxtəlif təlimlər, treninqlər həyata keçirir. Tədrisdə beynəlxalq dil sertifikatlı, xüsusilə IELTS, TOEFL sertifikatı olan müəllimlərə üstünlük verir.
 

11-01-2024