AzMİU-nun Mülki Müdafiə Qərargahının işi yüksək qiymətləndirilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirilib. 

Hesabat tədbirində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mülki Müdafiə Qərargahının işi yüksək qiymətləndirilib və qərargahın rəisi, ehtiyatda olan polkovnik Əhməd Abdullayev Fəxri Fərmanla təltif edilib. 

Həmçinin AzMİU-nun Mülki Müdafiə Qərargahının işinin yüksək şəkildə təşkil edilməsinə görə FHN Bakı Regional Mərkəzi tərəfindən universitet rəhbərliyinə təşəkkür məktubu ünvanlanıb.
 

30-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]