Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı keçirilib


Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilib. Qurultayda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Azad Həmkarlar İttifaqının sədri Surxay Əliyev, rektorun müşaviri professor İlham Mərdanov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və bu təşkilatların fəal üzvləri təmsil ediblər. 

Qurultayda Mandat, Redaksiya və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Tədbirin gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018/2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.

Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəlikdəki birinci məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi” ilə bağlı Səttar Möhbalıyev çıxış edib.

AHİK-ə üzv təşkilatların sədrləri də çıxışlarında Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi üçün gördüyü işlərdən danışıb, onun namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.

Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub və İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.

Gündəlikdəki “AHİK sədrinin seçilməsi” barədə məsələ ilə bağlı çıxışlarda sədr vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

S.Möhbalıyev ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, bundan sonra da Azərbaycan həmkarlar ittifaqının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı öz işini başa çatdırıb.

21-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]