Statistik olimpiadada AzMİU-nu təmsil edən tələbələr mükafatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) respublika üzrə statistik olimpiada da uğurla təmsil edən bir qrup tələbə diplom və sertifikatlarla təltif olunub.
Təltif olunma mərasimində Universitetin Tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi Bəşər Şirinov iştirak edib.
Məlumat üçün qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən olimpiadada Biznesin iqtisadiyyatı və menecment kafedrasının Menecment, Sənayenin təşkili və idarə edilməsi kafedrasının İqtisadiyyat ixtisaslarında təhsil alan ümumilikdə 8 tələbə təmsil olunub.
Tələbələrin olimpiadada iştirakı universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, onlara diplom və sertifikatlar təqdim edilib.