Sənayenin təşkili və idarə edilməsi kafedrasında daha iki elmi seminar keçirilib



Sənayenin təşkili və idarə edilməsi kafedrasının doktorantı, Bakı şəhəri üzrə Təhsil İdarəsi – “Maliyyə və mühasibatlıq” sektorunun 6 saylı Xidmət və Əməliyyat bölməsinin mühasibi Kamran Şıxılının “Demoqrafik inkişafın elmi-nəzəri əsasları” mövzusunda elmi seminarı keçirilib. Seminarda demoqrafiya və onun inkişafına dair müxtəlif elmi-nəzəri yanaşmalar və demoqrafik tendensiyaların təhlili haqqında məlumat verilib. 

Sənayenin təşkili və idarə edilməsi kafedrasında digər seminar isə kafedranın doktorantı,  “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin icraçı drektoru və layihə rəhbəri Arif Nəcimovun “Azərbaycanda sosial-sahibkarlığın inkişaf etdirilməsinin əhəmiyyəti” mövzusunda keçirilib. Seminarda sosial sahibkarlıq haqqında geniş məlumatlar verilib və bütün sektorlarda sosial yanaşmaların əhəmiyyəti vurğulanıb. Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyəti haqqında və onun inkişaf etdirilməsi istiqamətində görülə biləcək tədbirlər haqqqında müzakirə təşkil olunub.

Elmi seminarlarda kafedra müdiri dosent Ruhəngiz Əliyeva, kafedranın müəllimləri və tələbələr iştirak ediblər. 

Hər iki məruzəçi mövzuları ətrafında yaranan sualları cavablandırıblar.
 

20-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]