Fizika və Kimya kafedrasında növbəti elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Fizika və Kimya kafedrasında elmi seminar keçirilib.
Kafedranın böyük laborantı Qəmzə Yahyayeva “CdZnS və CdZnAl-LİH/PVS nanokompozitlərinin sintezi və fotokatalitik xassələrinin öyrənilməsi” adlı təqdiqat mövzusu ilə çıxış edib. Seminarda kafedranın professor-müəllim heyəti və Elmi tədqiqat şöbəsinin əməkdaşları iştirak ediblər.
Kafedra müdiri professor Adil Abdullayev çıxış edərək mövzunun əhəmiyyətinə toxunub və bu istiqamətdə AzMİU alimlərinin son tədqiqatlarına diqqət çəkib.
Məruzəçi təcrübələri, gəldiyi nəticələr ətrafında öz fikirlərini paylaşıb, tədqiqatın faydalılığı və tətbiq istiqamətləri haqqında fikirlərini bölüşüb.
Təqdim olunan mövzu ilə bağlı seminar iştirakçılarının sualları cavablandırılıb, professor-müəllim heyəti ilə birgə fikir mübadiləsi aparılıb.