Tələbələrimiz şəxsi inkişaf və karyera istiqamətində məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “Karyera və şəxsi inkişaf” adlı təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) sədri Şahmar Rəfili universitetdə gənclərin şəxsi inkişafı və karyera imkanlarına dəstək məqsədi ilə müxtəlif səpkili tədbirlərin keçirildiyini bildirib. Təlimdə toxunulacaq məsələlərin tələbələrə qazandıracağı üstünlüklərdən danışıb.
“Təlimçilik Akademiyası”nın təsisçisi, karyera və şəxsi inkişaf üzrə təlimçi, mentor Fəxrəddin Abdullayev tələbələrlə karyera, uğurlu karyera planlaması, şəxsi inkişaf üçün qarşıya qoyulan hədəflər və məqsədlər, onlara nail olmaq yolları, doğru karyera seçimi istiqamətində müzakirələr aparıb. Həmçinin fərdi inkişafın təməlləri barədə geniş təqdimatla çıxış edib.
Təlim maraqlı müzakirələrlə yekunlaşıb, aktivlik göstərən tələbələr diplomlarla mükafatlandırılıb.