Memarlıq fakültəsinin tələbələri eksteryer və interyer dizayn sahəsində geniş bilik və bacarıqlar qazanıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Eksteryer interyer dizaynın əsasları və karyera imkanları” adlı təlim keçirilib.
 
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Business club” və “Baku Design Centre”in  təşkilatçılığı ilə həyata keçirilən təlimdə Memarlıq fakültəsinin müxtəlif kurslarında təhsil alan tələbələr iştirak ediblər. 

“Baku Design Centre”in peşəkar təlimçiləri Vüsal Əliyev və Cəfər Cəfərli tərəfindən aparılan təlim eksteryer və interyer dizayn, bu sahənin iş imkanları, karyera yüksəlişi məsələlərinə həsr olunub. Gənc dizaynerlərə danışılan mövzu ətrafında geniş bilik və bacarıqlar qazandırıb.  

Sonda tələbələrin sualları cavablandırılıb və təlimdə aktiv iştirak edən 10 tələbəyə xüsusi hədiyyələr təqdim olunub.
 

14-12-2023