Ulu Öndərin xatirəsinə həsr olunmuş fakültələrarası şahmat turniri yekunlaşdı


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuş fakültələrarası şahmat turniri yekunlaşıb. 

Turnirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün universitet tələbələri arasında inkişafına nail olmaqdır.

20 nəfərin iştirak etdiyi turnirə bütün fakültələr üzrə 2 nəfər tələbə (oğlan, qız) seçilməklə komandalar formalaşdırılıb. 10 gün davam edən şahmat turnirinə maraq böyük olub.    

Turnirin sonuncu günü qaliblər müəyyənləşib, 1-ci yerə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi, 2-ci yerə Tikinti-iqtisad fakültəsi, 3-cü yerə Nəqliyyat fakültəsi layiq görülüb. 

Mükafatlandırma mərasimində çıxış edən THİK-nın sədri Şahmar Rəfili Ümummilli Liderin keçdiyi ömür yoluna nəzər salıb, Azərbaycan gəncliyinin inkişafındakı əhəmiyyətli roluna toxunub. Universitetdə keçirilən və Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər haqqında məlumat verib. Şahmat turnirinin bu əlamətdar tədbirlərdən biri olduğunu vurğulayıb. 

Sonda qalib komandalar medal və diplomlarla mükafatlandırılıb.
 

14-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]