"Könüllü ol" layihəsi çərçivəsində AzMİU tələbələri ilə görüş keçirilib


Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən "Könüllü ol" layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan tələbələrlə görüş keçirilib.

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub layihənin tanıtımında universitetin müxtəlif kurslarında təhsil alan tələbələr iştirak ediblər. 

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili görüşü çıxış edərək, ölkəmizdə aparılan könüllülük hərəkatından  söhbət açıb. AzMİU-da könüllülük hərəkatı əsasında fəaliyyət göstərən tələbələrin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli olan layihələrdə aktiv iştirak etdiyini deyib. THİK sədri tələbələrə öz bilik və bacarıqlarını, istedadlarını Azərbaycanın parlaq gələcəyi, işıqlı sabahı naminə istifadə etmələrini tövsiyə edib. 

Görüş çərçivəsində könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib, Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışılıb. 

Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, o cümlədən mövzu ilə bağlı fikirləri dinlənilib.
 

12-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]