Tələbələr “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nə baxış keçiriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri Azərbaycanda ilk dəfə olaraq keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə iştirak ediblər.
Bakı İdman Sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgiyə maraq yüksək olub. Sərgidə Azərbaycanın 100-ə yaxın yerli şirkəti tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunub.
TEC sədri Günel İmamquliyeva və tələbələr stendləri gəzərək təqdim olunan məhsullar və istehsal texnologiyaları ilə maraqlanıblar. Müəssisə nümayəndələri təqdim etdikləri məhsullar barədə onları məlumatlandırıb, suallarını cavablandırıblar.
Qeyd edək ki, sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıtmaq, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Beləliklə, yerli məhsulların ixracı sahəsində əməkdaşlığı genişləndirmək, bu işə töhfə verməkdir.