“Təmiz Şəhər”in növbəti seminarında tələbələrimiz tullantıların alternativ enerji mənbəyinə çevrilməsi yollarını öyrəniblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC tərəfindən növbəti maarifləndirici seminar keçirilib.
Seminara Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin (ST və MKS) Ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr cəlb olunublar.
“Təmiz Şəhər” ASC-nin Ətraf mühitin mühafizəsi sektorunun müdiri Səyyaf Rüstəmli, Ətraf mühitin və əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadə artıq tullantıların təmizlənməsi və bu tullantıların alternativ enerji mənbəyinə çevrilməsi mövzusuna dair çıxışlar ediblər.
AZMİU-nun “Ekologiya” kafedrasının müdiri professor Fəqan Əliyev də bəhs olunan mövzu barədə öz fikirlərini səsləndirib. O, “Təmiz Şəhər” ASC-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib, mövzunun tələbələr üçün olan əhəmiyyətinə toxunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.