Tələbələrin fərdi inkişafı üçün “AzMİU Debat”ın fəaliyyəti genişləndiriləcək


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin (DVC) fəaliyyəti ilə bağlı məlumatlandırıcı görüş keçirilib. 

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək sosial fəaliyyətlərdə fəal iştirakın gənclərin inkişafında və ixtisaslı kadr kimi yetişməsində üstünlüklərindən söhbət açıb, tələbə gənclərə ictimai birliklər və təşkilatların yaratdığı geniş imkanlardan faydalanmağı tövsiyə edib və “AzMİU Debat”ın uğurlarından söhbət açıb. O, qeyd edib ki, tələbələrin fərdi inkişafı üçün “AzMİU Debat”ın fəaliyyəti genişləndiriləcəkdir. 

Sonra DVC-nin sədr müşaviri İlkin Hüseynov çıxış edərək debatın şəxsin inkişafında və cəmiyyət qarşısında özünü ifadə etməsində effektiv rolundan danışıb, təmsil etdiyi ictimai birliyin fəaliyyəti, hazırda həyata keçirilən və gələcəkdə planlaşdırılan layihələri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, AzMİU-da 2009-cu ildən debat klubu fəaliyyət göstərir. Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən klub 4 dəfə Resbuplika, 4 dəfə Bakı, dəfələrcə xarici turnirlərin, o cümlədən İslam Həmrəylik Təşkilatının keçirtdiyi turnirin çempionu olub.
 

30-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]