Tələbə dizaynerlər "Parket House"un nümayəndələri ilə görüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Parket House" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Mühit dizaynı kafedrasının təşəbbüsü və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Memarlıq fakültəsinin akademik heyəti və tələbələr iştirak ediblər. 

Şirkətin təmsilçiləri  Elşad İbrahimov və Tural Əşrəfov "Parket House" ilə  bağlı ümumi məlumatları, şirkətin fəaliyyət sahələri, o cümlədən salonlarında sərgilənən parket və digər məhsulların keyfiyyət göstəriciləri barədə danışıblar.

Təmsilçilər interyer və eksteryer mühitdə dünya markalarının istehsalı olan parketlər, qapılar, müasir sürgülü qapı arakəsmə sistemləri, onların əsas xüsusiyyətləri barədə auditoriyanı məlumatlandırıb, texniki-tətbiqi imkanları barədə söhbət aparıblar.  

İnteraktiv formada aparılan görüş müxtəlif səpkili sualların cavablandırılması ilə sona çatıb.
 

30-11-2023