Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi Ege Universitetində seminar keçib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin rəhbəri, Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi Xanlar Qəniyev Türkiyənin Ege Universitetində ezamiyyətdədir. 

Səfər çərçivəsində o, Ege Universitetinin İqtisadiyyat kafedrası tərəfindən təşkil edilən seminarda “Çoxşaxəli iqtisadiyyatın infrastrukturunu təmin edən iqtisadi təşkilat mexanizmləri” adlı təqdimatla çıxış edib.

Türk Universitetləri Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində 2 həftəlik ezamiyyətə cəlb olunan Xanlar Qəniyev, həmçinin dərslərdə iştirak edir və Ege Universitetinin təcrübəsini öyrənir
 

29-11-2023