Xarici təcrübənin tədrisə tətbiqi – Memarlığın fakültəsinin dosenti Türkiyədə öyrəndiklərini müəllim və tələbələrlə bölüşdü


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayevanın Orhun mübadilə proqramı çərçivəsində ezamiyyətdə olduğu Kapadokya Universitetində (KÜN) tədris prosesində əldə etdiyi təcrübə ilə bağlı seminar keçirilib. 

Seminarda Memarlıq fakültəsinin Memarlığın əsasları və Şəhərsalma kafedrasının müəllimləri, tələbələr və Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi iştirak edib.

Fidan Mustafayeva hər iki universitetdə tədris olunan fənlərin oxşar cəhətləri üzrə təhlil apararaq, layihələr və foto materiallar nümayiş etdirib. Həmçinin Kapadokya Universitetində iştirak etdiyi dərslərin tədrisi və orada təşkil olunmuş seminarı haqqında iştirakçıları məlumatlandırıb.

Təqdimat bitdikdən sonra müəllim və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi, tədrisdə ən müasir və qabaqcıl metodologiyanın tətbiqi və universitetin beynəlmilələşdirilməsi üçün AzMİU müəllimləri və tələbələri ikili əlaqələr, həmçinin beynəlxalq mübadilə proqramları çərçivəsində mütəmadi olaraq xarici ölkələrin universitetlərinə göndərilir, eyni zamanda həmin universitetlərdən müəllim və tələbə qəbul edilir.
 

29-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]