AzMİU-nun müəllimi Manas Universitetində ezamiyyətdə olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinin dekanı, Mühit Dizaynı kafedrasının dosenti Gülnarə Əsgərəlizadə 20-26 noyabr tarixlərində Qırğızıstan-Türkiyə Manas Universitetində ezamiyyətdə olub.

Orhun mübadilə proqramı çərçivəsində ezam olunan Gülnarə Əsgərəlizadə universitetin tədris prosesində iştirak edib. O, Manas Universitetində dizayn ixtisası tələbələrinə mühazirələr oxuyub, görüşlər keçirərək birgə müzakirələr, fikir mübadiləsi aparıb.

Eyni zamanda Gülnarə Əsgərəlizadə dərslərdə tələbələrin layihə işlərinə baxış keçirib, onlara öz tövsiyələrini verib. İnteraktiv formada qurulan dərslərdə müasir dizaynın tələbləri, peşəkar və yaradıcı fəaliyyət üçün vacib olan məqamlar, dizayn sahəsində yeni tendensiyalardan danışıb.

AzMİU-nun müəllimi Manas Universitetində tələbələrin layihə və əl işlərinin yer aldığı sərgidə də iştirak edib.

29-11-2023