AzMİU tələbəsi dünya ikincisi olub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Ülvi Dadaşzadə İtaliyanın Carara şəhərində təşkil olunan kinboks üzrə Dünya Çempionatında ikinci yeri tutub. 

94 kq çəkidə rinqə çıxan Ülvi Dadaşzadə əvvəlcə Ukrayna, sonra isə Moldova və İtaliya idmançısını məğlub edib. Çempionluğun bir addımında dayanan idmançı tələbəmiz finalda İtaliyanın başqa kinboksçusu ilə rinqə çıxıb. Gərgin mübarizədə o, minimum fərqlə İtaliya idmançısına məğlub olub və ikinciliklə kifayətlənib. 

Qeyd edək ki, Ülvi Dadaşzadə bundan əvvəl də bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib, medallar qazanıb. 

AzMİU-nun dosenti Aqşin Kərimov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili Ülvi Dadaşzadə ilə görüşərək universitet rəhbərliyi adından onu təbrik edib və gələcək yarışlara hazırlığı ilə bağlı vəziyyətlə maraqlanıblar.

15-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]