Qazi tələbələrlə görüş keçirilib: Onlar müharibə xatirələrini yoldaşları ilə bölüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Gənclər Fondunun dəstəyi, Tələbə Gənclər Təşkilatları İttifaqı və “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bayraqdar” layihəsi çərçivəsində AzMİU-nun qazi tələbələri ilə görüş keçirilib. Görüşün məqsədi tələbə qazilərimizi tanıtdmaq olub.  

Əvvəlcə ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş, şanlı tarix yazan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra tədbirin qonaqları, Vətən müharibəsi qaziləri – Fariz Əzizov, Nemət İmanov, İbrahim Əliyev müharibə xatirələrini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar. 

Qazilərin çıxışından sonra ATGTİ-nin üzv təşkilatlarla iş üzrə meneceri Rüfət Həsənov, “İrəli” İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riyad Cəbrayılov gənclərimizə hərbi vətənpərvərlik ruhunu aşılamaq məqsədilə ilə həyata keçirilən layihə ilə bağlı məlumat veriblər.

AzMİU TGT-nin sədri Tacir İsmayılzadə isə çıxış edərək Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin tələbələrə tanıdılması məqsədilə təşkil olunan görüşün silsilə şəklində davam edəcəyini qeyd edib.
 

14-11-2023