AzMİU-da növbəti elmi seminarlar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasında elmi seminar keçirilib.
Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin doktorantı Həcər Mövsümova “Qeyri-məhdud operator əmsallı Şturm-Liuvill operator tənlikləri üçün spektral xassələr və requlyarlaşmış iz” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə separabel Hilbert fəzasında ikinci tərtib diferensial-operator tənlik üçün tənliyə və sərhəd şərtlərindən birinə spektral parametr daxil olan spektral məsələyə baxılıb. Diferensial ifadə və şərtlərin doğurduğu operatorların spektral təbiəti və requlyarlaşmış izi haqqında məlumat verilib.
Növbəti elmi seminar isə Fizika və Kimya kafedrasında keçirilib. Doktorant Nurlan Rəfiyev “(Fe,Ni) 1-x M x (M=Si,B) amorf ərintilərin quruluşu və maqnit xassələrinə termik emalın təsiri” adlı məruzə ilə çıxış edib.
Seminarda kafedranın əməkdaşları, BDU-nun professorları, doktorantlar iştirak edib. Məruzəçi mövzunun aktuallığı, tədqiqat metodları, əsas elmi nəticələri haqqında danışıb.
Təqdiqatçıların məruzələrinin yekununda müzakirələr aparılıb, suallar cavablandırılıb.