Elmi Şuranın növbəti iclasında “2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi barədə” hesabat dinlənilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək iclasının gündəliyi barədə məlumat verib.

Universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov “2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi barədə”geniş hesabatla çıxış edib. 

Prorektor yaz imtahan sessiyasının nəticələrini təqdim edərək tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlar barədə danışıb: “İmtahan sessiyası mövcud əsasnamələrə uyğun keçirilib. Sessiyanın təşkili ilə bağlı əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə yerinə yetirilib. İmtahan prosesində obyektivlik və şəffaflıq tam təmin olunub. Buraxılış işləri və magistr dissertasiyaların məzmunu tədqiqat işinə qoyulan tələblərə tam cavab verib”. 

Akif Qasımov AzMİU-da yaz imtahan sessiyası, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinin nəticələri ilə bağlı faktiki rəqəmləri Şura üzvlərinin diqqətinə çatdırıb. Eyni zamanda cari tədris ilində dərslərin təşkili və gedişi barədə  onları məlumatlandırıb.

Prorektorun hesabatı təqdim olunduqdan sonra geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. 

Yekunda Elmi Şura prorektorun hesabatını qəbul edib.

Rektor Gülçöhrə Məmmədova müzakirələrdən sonra qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra gündəlikdə duran cari məsələlərə baxılıb.
 

04-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]