AzMİU nüfuzlu reytinq təşkilatları ilə əməkdaşlığı genişləndirir – “QS Quacquarelli Symonds” agentliyinin təcrübəsi öyrənilib


Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” agentliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları üçün onlayn seminar keçiriblər. 

Strateji planlaşdırma şöbəsi tərəfindən təşkil olunan seminar zamanı layihə koordinatoru Dara Bukhtoyarova, baş məsləhətçi Veronika Omeni, məsləhətçi Nilly Castano və “QS Quacquarelli Symonds” konsaltinq qrupunun üzvləri tərəfindən  təqdimatlar nümayiş etdirilib. 

Təqdimatlarda QS reytinqlərinin tərtibatı, universitetlərin reytinqinin müəyyənləşdirilməsi zamanı diqqət yetirilməli məqamlar haqqında məlumat veriblər. 

Onlayn seminara AzMİU-nun prorektorları, şöbə müdirləri, müxtəlif departament və mərkəzlərin nümayəndələri qatılıb.   

Yekunda AzMİU əməkdaşlarını maraqlandıran sualları QS agentliyinin təlim komandası tərəfindən ətraflı cavablandırılıb.

Seminarda müzakirə olunan məsələlər “QS Quacquarelli Symonds” və AzMİU arasında əməkdaşlığın gücləndirilməsi, akademik fəaliyyətin yüksəldilməsi və universitetin qlobal nüfuzunun artırılması istiqamətində əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq reytinqlərdə təmsil olunmasını təmin etmək məqsədilə genişmiqyaslı fəaliyyətlər həyata keçirilir. Hazırda universitet “The Times Higher Education”, “QS Ranking”, “Round University Ranking”, “UI Green Metric World University ranking”, “U-Multirank Ranking”, “Webometrics ranking” və “Unirank Ranking” beynəlxalq reytinq sistemlərində müxtəlif pillələrdə təmsil olunur.
 

02-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]