Qərbi Azərbaycan mədəni irsinin araşdıran tələbələrimiz İrəvanla bağlı yeni məlumatlar əldə ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin təqdimat mərasimi keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elmi araşdırmalar” İctimai Birliyi tərəfindən ərsəyə gələn sənədli film  azərbaycan, rus və ingilis dillərində təqdim olunub. 

Telman Qasımovun layihəsi əsasında çəkilən filmin rejissoru Etibar Məmmədovdur.

Təqdimat mərasimində sənədli filmin yaradıcı heyəti, Vətən müharibəsinin qaziləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.  

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili təşkilat daxilində yaradılan Qərbi Azərbaycan Mədəni İrsinin Araşdırılması Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. THİK sədri sənədli filmin mövzusuna diqqət çəkərək filmin mərkəzdə çalışan tələbələrin işinə faydasından danışıb. Qeyd edib ki, film əzəli Azərbaycan şəhəri olan İrəvanın mədəniyyətinin,  abidələrinin real faktlarla öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 
 


Digər çıxış edənlər də İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin zəngin faktoloji nümunələrlə respondentlərin dilindən səsləndirilməsini yüksək qiymətləndiriblər, Ermənistana və onun havadarlarına verilən ən böyük cavab olduğunu bildiriblər. 

Sonda sənədli film nümayiş olunub. 


Sənədli filmdə respondentlər İrəvan şəhərinin tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbirstanlıqları barədə danışıblar.

Əsas məqsəd İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olduğu orada yer alan abidələrin, küçələrin, məhəllələrin,qədim evlərin real tarixləri və tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq rəydə tarixi ədalətə və Azərbaycanın milli maraqlarına uyğun olaraq İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin yer almasına zəmin formalaşdırmaqdır.

Ermənistanın İrəvan şəhərindəki tarixi abidələrin, küçələrin, evlərin, qəbirstanlıqların məqsədyönlü şəkildə dağıdıldığını, özününküləşdirildiyini yaxud özgəninkiləşdirildiyini sübut etmək, təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin etməkdir.

“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi

31-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]