RƏSM SƏRGİSİ: "Bir millətik, iki dövlət - hər ikisi Cümhuriyyət! Azərbaycan - Türkiyə"
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və AzMİU Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə qardaş Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Bir millətik, iki dövlət - hər ikisi Cümhuriyyət! Azərbaycan - Türkiyə" adlı rəsm, plakat və əl işlərindən ibarət sərgi keçirilib.
Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
AzMİU Tarixi Muzeyinin direktoru Gülmira Məmmədova Azərbaycan Türkiyə dostluğundan, Türkiyə Cümhuriyyətinin tarixindən danışaraq sərgi haqqında məlumat verib.
Universitetin prorektoru Orxan Naqdiyev çıxış edərək Türkiyə Cümhuriyyətinin tarixindən, iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb, sərginin əhəmiyyətinə diqqət çəkib.
THİK-in sədri Şahmar Rəfili, AzMİU nəzdində İnşaat Kollecinin təlim tərbiyə üzrə direktor müavini Muxtar Həsənov və AzMİU-nun Təsviri incəsənət kafedrasının əməkdar müəllimi, əməkdar rəssam Yaşar Səmədov çıxış edərək sərgi haqqında təəssüratlarını bölüşüblər.
Daha sonra sərgidə iştirak edən tələbələr mükafatlandırılıb. Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov qalib tələbələrə diplomları təqdim edib.
I yer - Yunanova Lamiyə AzMİU nəzdində İnşaat kolleci 122b1 qrupu
II yer - Ertuğrul Efe Kalın Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi
II yer - Cavadova Tutuxanım AzMİU nəzdində İnşaat kolleci 122b1 qrupu
II yer - Məmmədli Ramazan Tikinti İqtisad fakültəsi 760a1 qrupu
III yer - Məmişova Fatimə AzMİU nəzdində İnşaat kolleci 122b1 qrupu
III yer - Quliyev Vahid AZMİU nəzdində İnşaat kolleci 122a2 qrupu
III yer - Həsənzadə Yasəmən ST və MKS fakültəsi 343a2 qrupu
III yer - Həşimova Fatimə Memarlıq fakültəsi 163a2 qrupu
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, sərgi iştirakçıları tələbələrin rəsmləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, sərgidə Türkiyə-Azərbaycan qardaşlığına, qardaş ölkənin respublika tarixinə həsr olunan 40 rəsm və 5 plakat yer alıb.