Tələbə Elmi Cəmiyyətinin komandası “Heydər Əliyev 100: Mühəndislik hakatonu” yarışında uğurla təmsil olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin komandası “Heydər Əliyev 100: Mühəndislik hakatonu” intellektual yarışında uğurla təmsil olunub. 

Hakaton Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə  Azərbaycan-Fransız Universitetində  keçirilib. Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara maraqlı həllər təklif ediblər. Hər komandada 4 iştirakçı olub. AzMİU-nu bu yarışda Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmanquliyevanın rəhbərliyi ilə tələbələrimiz  Qulamalı Zeynalabdinov, Sona Məmmədova, Hikmət Əzimzadə, Səbuhi Hüseynov təmsil ediblər.  

Yarışın məqsədi 2 gün ərzində 3 istiqamətdə verilmiş problemlərə innovativ həll yolunu təqdim etmək olub.   

Hakatonun bağlanış mərasimində Elm və innovasiya məsələləri üzrə prorektor Nigar Aslanova da iştirak edib. Universitet tələbələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri  yarışın yekununda qalib komandalar  mükafatlandırılıb. 
 

26-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]