Tələbələrimiz "Memarlıq abidələrinin qorunması" mövzusunda simulyasiya konfransı keçiriblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) AzUAC MUN klubun təşkilatçılığı ilə "AzMUN" proqramı çərçivəsində daxili simulyasiya konfransı keçirilib.   

"Memarlıq abidələrinin qorunması" mövzusunda keçirilən konfransda tələbələrimiz müxtəlif ölkələri təmsil edərək tarixi abidələrin qorunub saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə müzakirələr aparıblar.

Təyin olunmuş mövzu ətrafında qətnamələr qəbul olunub və təmsilçilər iştiraklarına görə sertifikatlarla təltif ediliblər. 

Qeyd edək ki, konfransda iştirak edən tələbələr bütün bacarıqlarını mövzuya fokuslayaraq debat, natiqlik, intellektual və diplomatiya istiqamətlərində təcrübələrini artırıblar.
 

20-10-2023