Startapçı tələbələrimiz uğurlu məhsul sahibləri ilə görüşüblər
AIESEC Azərbaycan təşkilatı AzMİU-da “Məhsul sahibi” adlı görüş keçirib. Tədbir İnnovativ Biznes İnkubator Mərkəzinin təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə həyata keçirilib.
Mərkəzin rəhbəri Nəsibə Əmirbəyova tələbələrə mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Spikerlər Arzu Rəhimli və Şahlar Dəmirli məhsul sahibi rolunun incəliklərini, onun məsuliyyətləri və effektiv yol xəritəsinin qurulması mövzularında çıxış ediblər.
Arzu Rəhimli məhsulun inkişafı kontekstində yol xəritəsinin tərtib edilməsi mövzusundan danışarkən biznes məqsədlərinə uyğun uğurlu məhsulun yol xəritələrini necə yaratmaq barədə tələbələrə tövsiyələr verib.
Şahlar Dəmirli isə müasir dövrdə “Məhsul sahibinin rolu” adlı təqdimatla çıxış edib və çevik inkişafın əhəmiyyətinə diqqət çəkib. Spiker nitqini öz təcrübəsindən real nümunələr gətirərək bitirib.
Qeyd edək ki, AzMİU və AIESEC Azərbaycan arasındakı bu əməkdaşlığın məqsədi tələbələri startap və onun əsasları barədə ətraflı məlumatlandırmaq, gənc istedadların təcrübəli məhsul sahiblərindən birbaşa öyrənmələri üçün imkanların yaradılmasından ibarətdir.