Digər ali təhsil müəssisələrinin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük veriblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU)  2023/2024-cü tədris ili üzrə magistr və MBA proqramlarına qəbul sayı ötən illərə nisbətən artıb. Bu il AzMİU-ya ümumilikdə 727 tələbədən 430 nəfəri magistratura, 297 nəfəri isə MBA proqramına qəbul olub. 

Qəbulda digər ali təhsil müəssisələrini məzunlarının sayı bu ildə çox olub. Belə ki, 727 nəfərdən 487-si, başqa sözlə 67%-i digər ali təhsil müəssisələrinin məzunlarıdır. Ümumiyyətlə son 5 ilin statistikası deməyə əsas verir ki, digər ali təhsil müəssisələrinin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük verirlər. Belə ki, qəbul olanların 2019-cu ildə 56%, 2020-ci ildə 57%, 2021-ci ildə 69%, 2022-ci ildə 60%, 2023-cü ildə isə 67%-ni digər ali təhsil müəssisələrinin məzunları təşkil edib. 

MBA proqramı da daxil olmaqla magistratura səviyyəsinə qəbul olan tələbələrin  649 nəfəri Azərbaycan, 46 nəfəri İngilis, 32 nəfəri isə Rus bölməsinin payına düşür. 

Qeyd edək ki, 2023/2024-cü tədris ilində AzMİU-ya 27 ixtisasa 54 magistratura proqramı üzrə qəbul həyata keçirilib. Qəbul layihəsində plan yerlərinin sayı 770, faktiki qəbulun sayı isə 727 nəfər olub ki, bu da plan yerlərinin 94,4% dolması deməkdir.
 

18-10-2023