Şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi üçün intellektual yarış keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İntellektual oyunlar klubu, Mexanika və İnformasiya texnologiyaları (MİT) fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Nə?, Harada?, Nə zaman?”  intellektual oyunu təşkil olunub. 
 
Fakültənin şəhid məzunları - Elnur Şirinzadə və Kənan Həsənovun əziz xatirəsinə həsr olunmuş intellektual yarış birinci kurs tələbələri arasında keçirilib. 

Yarışın keçirilməsində məqsəd fakültənin Vətən müharibəsi şəhidlərinin  əziz xatirəsinin yad edilməsi, gənclərin intellektual oyunlara olan marağının artırılması, tələbələrin bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Yarışdan öncə çıxış edən MİT fakültəsinin dekanı Sabir Məmmədov, THİK sədri Şahmar Rəfili və fakültənin dekan müavini Seymur Mikayılov Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıblar. Bu qələbədə rolu olan şəhidlərimizin  xatirəsinin hər bir azərbaycanlı tərəfindən uca tutulduğunu bildirib, tələbələrə onların döyüş yolunu, həyatını və tələbələlik illərini dərindən öyrənməyi tövsiyə ediblər. 

İntellektual yarışda 8 komandada ümumilikdə 32 tələbə mübarizə aparıb. 

Oyunun sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib və elan edilib. Nəticələrə görə I yeri 843a3 , II yeri 893a1, III yeri isə 873a1 qrupları qazanıb.

Qalib komandalar medal və sertifikatlarla təltif edilib.
 

16-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]