“Ali təhsilin müasir problemləri və tendensiyaları” – Professor Nigar Aslanova beynəlxalq forumda məruzə ilə çıxış edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Qazaxıstanın paytaxtı Astana şəhərində VII Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib. 

“Təhsildə Davamlı Gələcək – Keyfiyyət və Rəqabətlilik: Reallıqlar və Prioritetlər” mövzusunda keçirilən forumda professor Nigar Aslanova “Ali təhsilin müasir problemləri və tendensiyaları” adlı məruzə ilə çıxış edib. 

Məruzədə ali təhsil sahəsində yeni çağırışların və tendensiyaların təhlili yer alıb. Aparıcı və regional universitetlərin üzləşdiyi problemlər müqayisəli şəkildə forum iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, hazırda ali təhsil müəssisələrinin qarşısında iki əsas problem dayanır. Bunlardan birincisi təhsil prosesinin forması ilə bağlı olan yeni tədris metodlarının, digəri isə əmək bazarının tələblərinə uyğun yeni tədris məzmunlarının yaranması ilə bağlıdır.

Qeyd edək ki, forum Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) təşkilatçılığı ilə keçirilib. Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin ali təhsil müəssisələrinin rektorları və prorektorları, eləcə də ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq şəbəkələrin nümayəndələri iştirak ediblər.

12-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]