AzMİU-nun müəllimi Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində səfərdə olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Könül Ağayeva Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində səfərdə olub. 

AzMİU-nun müəllimi Ege Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin tələbələri üçün Biznesə giriş və Mikroiqtisadiyyat fənləri üzrə ingilis dilində mühazirələr oxuyub. 

Eyni zamanda Könül Ağayeva Ege Universitetinin prorektoru Mehmet Ersan, İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dekanı professor Nazan Günay, kafedra müdiri professor Aykut Lenger, koordinator Sermin Dişkaya və digər əməkdaşlarla görüşüb. Görüşlərdə AzMİU və Ege Universiteti arasında gələcək əməkdaşlıqlara dair faydalı müzakirələr aparılıb.

Qeyd edək ki, 2021-ci ildən AzMİU Orhun mübadilə proqramı çərçivəsində əməkdaşlığa başlayıb. Proqram çərçivəsində indiyə qədər AzMİU-ya 5 müəllim və 2 tələbə gəlib. AzMİU-dan isə proqram çərçivəsində 11 müəllim və 14 tələbə gedib. Mübadilələr Türkiyə, Qırğızıstan və Özbəkistan universitetləri ilə aparılıb.

06-10-2023