Türkiyəli professor AzMİU-da təcrübə keçib

Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetinin Peyzaj Memarlığı bölümünün professoru Adnan Kaplan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. 

Professor Adnan Kaplan AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında iki həftə müddətində təcrübə keçib, bakalavr və magistr tələbələrinə memarlıq layihələndirilməsi, şəhərsalma, landşaft memarlığı, memarlıq kompleksləri fənlərini tədris edib. Adnan Kaplan, həmçinin memarlıq və şəhərsalma ixtisasları üzrə fənn proqramları ilə tanış olub, tələbə və müəllimlərlə fikir mübadiləsi aparıb. 

Səfər müddətində qonaq müəllim ABŞ-nın “Fullbright” proqramı çərçivəsində AzMİU-da tədris aparan müəllimlərlə birlikdə Şəhidlər xiyabanını, “İçərişəhər” dövlət tarix-memarlıq, “Qobustan” milli tarixi-bədii və  “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruqlarını ziyarət edib.  Onlar, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərini gəziblər, orada yerləşən tarixi memarlıq abidələrini ziyarət edib, bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
 

04-10-2023