“ÖZ BİZNESİNƏ BAŞLA” – Tələbələrə seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Yüz1000” proqramı çərçivəsində Beynəlxalq Əmək təşkilatının “Öz biznesinə başla” proqramı üzrə beynəlxalq dərəcəli təlimçisi Elvin Dadaşsoyun seminarı keçirilib.

Seminarda 200-ə yaxın tələbə iştirak edib.

Biznes təlimçisi tələbələrlə biznesə başlamağın yolları, bunun üçün lazım olan resurslar, uğurlu biznes yaratmaq və onu qoruyub saxlamağın metodları haqqında təcrübə və biliklərini bölüşüb. Həmçinin biznesə başlamaq istəyənlər üçün bəzi psixoloji məqamlardan bəhs edib.

Seminarın sonunda Elvin Dadaşsoy tələbələrin verdiyi sualları cavablandırıb.
 

02-10-2023