AzMİU tələbələri üçün elmi vörkşoplar təşkil olunacaq

2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün elmi vörkşoplar təşkil olunacaq. 

Vörkşoplar elmin tələbələr arasında populyarlaşdırılması, gənclərin elmə olan maraq səviyyəsinin yüksəldilməsi və tanınmış alimlərlə tələbələrin elmin müasir problemlərinə həsr olunmuş mövzular ətrafında görüşlərin təşkili məqsədi daşıyır.
 

26-09-2023