Tələbələr arasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “ÇƏTİR” proqramı çərçivəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı “Nə? Harda? Nə zaman?” formatında  intellektual yarış keçirilib. 

Yarışda qalibiyyət uğrunda 6 fakültə və AzMİU-nun nəzdində İnşaatçı Kolleci mübarizə aparıb. 
Azərbaycan tarixi və II Qarabağ müharibəsi mövzularını əhatə edən 24 sualdan ibarət yarışın sonunda qalib komandalar müəyyənləşib. 

I yerin qalibi Memarlıq, II yerin qalibi TİF, III yerin qalibi isə Nəqliyyat fakültəsi olub.
Yarışın sonunda qalib komandalar Tələbə Gənclər Təşkilatı tərəfindən mükafatlandırılıb.
 

26-09-2023