Tələbələrə “İnandırma psixologiyası və manipulyasiya” adlı təlim-seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə araşdırmaçı və neyromarketinq üzrə ekspert Orxan Şahbazın təlim-seminarı keçirilib.

Seminarda 300 fəal tələbə iştirak edib.

Təlimçi tələbələrə gələcək karyeralarında insanlarla ünsiyyətdən, karyera prosesində inandırmanın rolundan, manipulasiyanın harda və necə tətbiqindən danışıb, başqalarına münasibətdə istifadə etdiyimiz, tez-tez özümüzün də məruz qaldığımız psixoloji təsir metodlarını aydın və ətraflı şəkildə təsvir edib.

O, toxunduğu mövzunun onların gələcək həyatında müstəsna rol oynayacağını qeyd edib.

Mövzu tələbələrin böyük marağına səbəb olub.   

Sonda Orxan Şahbaz, tələbələrin verdiyi sualları cavablandırıb.
 

22-09-2023