Nəqliyyat fakültəsinin dekanı “Heydər Zirvəsi -100” diplomu və medalı ilə təltif edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə “Heydər Zirvəsi -100” diplomu və medalı ilə təltif edilib. 


Bu mükafat ona Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Qafqaz-Media” İctimai Birliyinin elan etdiyi “Heydər Zirvəsi” layihəsinin qalibi olması münasibətilə Birliyin nümayəndəsi tərəfindən təqdim edilib.
 

20-09-2023